Oktyabrın 3-də saat 20 radələrində Şəki şəhərində yerləşən kafelərin birində 43 yaşlı Əli Məmmədov aralarında yaranan mübahisə zəminində Yafət Məmmədova kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.