Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, İsgəndər İsgəndərov 3 il, Əlisaab Abdullayeva isə 2 il müddətinə şərti cəza təyin edilib.
Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.