1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində çoxlu sayda tanınmış şəxsin övladı namizəd kimi çıxış edir. YAP-ın siyahısında da belə adları görmək mümkündür.
Stopnarkotik.az "AzPolitika"ya istinadən xəbər verir ki, hakim partiyanın siyahısında 8 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Nigar Məmmədova da tanınmış şəxsin övladıdır. Belə ki, o, keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.
Qeyd edək ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.