Sabah ( 02.10.2024-cü il tarixində) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan Stopnarkotik.az-a verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.