Saatlı rayonunda qarajdan meyit tapılıb.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə mayın 11-i saat 14 radələrində Saatlı şəhərində baş verib.
1978-ci il təvəllüdlü Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.