Qumbaraatan, pulemyot, avtomat... - Qubadlıda xeyli sayda silah-sursat tapıldı / FOTO

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qubadlıda silah-sursat aşkar edilib