Qobustanda vətəndaşlar odlu silahlarını polisə təhvil veriblər - FOTO

Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.

Bu barədə Stopnaroltik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Stopnaroltik.az