Qılıncla insanlara hücum edən şəxsi zərərsizləşdirən azərbaycanlıya mənzil verildi – VİDEO

Azərbaycanlı Müqabil Babayev Rusiyanın Moskva vilayətindəki Lyubertsı şəhərində küçədə əlindəki qılıncla insanlara xəsarət yetirən, bir neçə nəfəri yaralayan şəxsi zərərsizləşdirib.

Bununla bağlı bir neçə gündür Rusiya mətbuatında məlumatlar və videogörüntülər yayımlanır.

M.Babayev öz avtomobili ilə həmin manyakı vurub, daha sonra isə onu yerə yıxaraq qollarını bağlayıb.

Bu gün məlum olub ki, şəhər administrasiyası bu cəsur davranışına görə Babayevi mükafatlandırıb. Belə ki, şəhər meri Vladimir Volkov şəxsən uzun illərdir ev növbəsində duran azərbaycanlıya yeni mənzilin sənədlərini təqdim edib.