“2023-cü ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası zamanı açıqlama verilib.
İclas zamanı o da açıqlanıb ki, il ərzində ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.
Stopnarkotik.az