Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.