Oqtay Əsədovun qızının ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, dünyasını dəyişən Nərminə Əsədovadır. O, 40 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.

Mərhumun üç övladı var.

***

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.