Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatında saxlanılan məhşur aktyor İsmail Hacıoğlu və keçmiş boksçu Adem Kılıçcının ifadələri açıqlanıb.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb, 5 nəfər həbs edilib, 12 nəfər barəsində məhkəmə nəzarəti tədbirləri həyata keçirilib.
Belə ki, saxlanılan məhşurlar arasında yer alan türkiyəli aktyor İsmail Hacıoğlu polisə verdiyi ifadəsində narkotikdən “maraq və stress səbəbilə” istifadə etdiyini etiraf edib və peşman olduğunu bildirib.
"Narkotik maddəni ilk dəfə Hollandiyada olarkən maraqlı gəldiyi üçün yoxladım. Daha sonra zaman-zaman istifadə etməyə davam etdim. Tanınmış bir şəxs olduğum üçün heç kimlə üz-üzə gəlmədim. Sosial media vasitəsilə əlaqə saxladığım şəxslərə pulu poçt qutusuna qoyaraq narkotik alırdım. Aktyorluğun gətirdiyi güclü stress və rahatlama arzusuna görə bu maddəyə yönəldim. Peşmanam".
O, ifadəsindən sonra sərbəst buraxılıb.
Həmçinin, türkiyəli keçmiş boksçu Adem Kılıçcı isə qardaşının vəfatının yaratdığı sarsıntı səbəbi ilə bir dəfəlik istifadə etdiyini vurğulayıb.