Dünən Mexiko şəhərinin meri Klara Bruqadanın iki yüksək səviyyəli köməkçisi axşam şəhərin mərkəzində motosikletdə silahlı şəxslərin hücumuna məruz qalaraq güllələnib, qətlə yetirilib.
Stopnarkotik.az xəbər verir ki, hücumun qurbanları merin şəxsi katibi Ximena Quzman və Bruqadanın müşaviri Xose Munyosdur. Qətllər zorakılığın hökm sürdüyü ölkədə nisbi təhlükəsizlik vahəsi kimi gördükləri Meksikanın paytaxtını şoka salıb. Siyasi zorakılıq Meksikanın bir çox yerlərində adi hala çevrilib, burada onlarla yerli siyasi namizəd, vəziyyətə hökm etmək istəyən narkotik kartellərinin törətdiyi sui-qəsdlərdə öldürülüb. Narkokartellər çoxsaylı siyasilərin qətlinə fərman verib. Ölkənin federal prokuror bildirib ki, ilkin məlumatlara görə, Quzman işə maşınla gedirmiş və iş yoldaşını götürmək üçün Mexiko şəhərinin mərkəzindəki sıx küçədə dayanıb.
Munyosa motosikletli iki silahlı şəxs yaxınlaşıb və onu küçədə güllələyiblər. Hücum edənlər daha sonra avtomobilin içərisində olan Quzmana ən azı dörd dəfə atəş açaraq, onu öldürüblər.
Təhlükəsizlik ekspertləri hücumun mütəşəkkil cinayətkarlar tərəfindən törədildiyini desələr də, hakimiyyət hələlik hücumun motivini açıqlamayıb.
Mexiko şəhərinin Mülki Təhlükəsizlik Müdirliyi bildirib ki, hücum yerinin yaxınlığında bir motosiklet, həmçinin İstakalko məhəlləsində başqa bir avtomobil ələ keçirilib, müstəntiqlər cinayət yerindən ballistik və barmaq izi dəlillərini araşdırırlar.
"Uzun illər arzularımızı və çətinliklərimizi paylaşdığımız Ximena və Pepeni (Xose) itirdiyimizə görə çox kədərlənirəm", mer Bruqada deyir. Bruqada Meksika prezidenti Klaudiya Şeynbauma və onun kabinetinə hücumdan sonra göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edib.
Şeynbaum, "Bu, xoşagəlməz hadisədir və merə lazım olan bütün dəstəyi verəcəyik" dedi.
Bruqada əlavə edib ki, qətli törədənlər cəzasız qalmayacaq. Mexiko hökumətinin rəsmisi Reuters-ə bildirib ki, hücum zamanı mer avtomobildə olmayıb.
İctimai təhlükəsizlik üzrə mütəxəssis David Saucedo deyir ki, "Bu, şübhəsiz ki, narkotacirlər tərəfindən Klara Brugada sərt mesaj idi". Onun sözlərinə görə, narkotik partiyaları əllərindən alınan qruplar əvvəllər də paytaxt hakimiyyətinə hücumlar həyata keçiriblər.
2020-ci ildə o vaxtkı Mexiko şəhərinin polis rəisi, indiki federal təhlükəsizlik naziri Ömər Qarsiya Harfuç narkokartellərin hücumuna məruz qalaraq yaralanmışdı və iki cangüdəni də ölmüşdü. Bu hücumu ölkənin ən güclü narkoticarət mafiyalarından biri olan “Xalisko Yeni Nəsil Karteli” törətmişdi.
Stopnarkotik.az