Gürcüstan Daxili İşlər Nazirliyi son 48 saat ərzində 75 nəfəri saxlayan xüsusi əməliyyat keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həm paytaxtda, həm də bölgələrdə həbslər həyata keçiriblər. Həbs olunanlar arasında xarici vətəndaşlar da var. Onlar xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin satışı və saxlanmasında ittiham olunurlar. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.
Axtarışlar zamanı kokain, heroin, Alpha PVP, MDMA, metadon, Subotex, Pregabalin, marixuana və Lyrica, eləcə də odlu silahlar müsadirə edilib.
Stopnarkotik.az