Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə 2 nəfər saxlanılıb.
Stopnarkotik.az aktual.ge saytına istinadən xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının təqsirləndirilən şəxslərin yaşayış evlərində və avtomobillərində apardıqları axtarışlar zamanı satış üçün hazırlanmış, tərkibində “alfa-PVP” olan 4 litrə yaxın narkotik məhlul və eyni növ narkotikin 16 bükümə qablaşdırılmış forması maddi sübut kimi götürülüb. İstintaq tədbirləri nəticəsində polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da aşkarlanaraq götürülüb.
"İstintaq Cinayət Məcəlləsinin 260 və 260¹ (kvarta) maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda deyilir.