Gürcüstanın keçmiş müdafiə naziri SAXLANILDI

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub.