Meksikanın hakimiyyət orqanları narkotik kartelinə məxsus “narkotank”ların sükanı arxasında uşaqları yaxalayıb.
Stopnarkotik.az xəbər verir ki, Sonora əyalətinin Dövlət Təhlükəsizlik Bürosu, iki əməliyyatda yüksək güclü silahlar, döyüş sursatı və taktiki avadanlıqla birlikdə beş xüsusi hazırlanmış zirehli texnikanın ələ keçirildiyini açıqladı.
İlk əməliyyat zamanı rəsmilər Sonora ştatının Pitikito bələdiyyəsində üç narkotik tankına minən altı nəfəri saxlayıblar. Həmin altı nəfərdən dördü azyaşlı olub.
İkinci əməliyyat zamanı Sariç şəhərində daha iki modifikasiya olunmuş zirehli maşın, həmçinin daha iki avtomat silah, 58 avtomat maqazini və 2641 patron aşkar edilib.
Stopnarkotik.az