Narkokartelin "mühasibi" həbs edildi

"El Mayo" narkokartelinin maliyyə operatoru olan "El Limones" Durangoda həbs edilib.

"El Limones" El Mayo kartelinin rəhbərliyindəki əsas klanlardan biri olan Kabrera-Sarabia ailəsinin adından siyasətçilərə rüşvət verilməsi və çirkli pulların yuyulması ilə məşğul olub.

Son aylarda hökumət Duranqoda gücünü göstərməyə çalışır, laboratoriyaları ələ keçirir və orta səviyyəli leytenantları həbs edir. Lakin hələlik Kabrera-Sarabia ailəsinin heç bir üzvü həbs olunmayıb.

Stopnarkotik.az