İnternetdə meksikalı müğənni Peso Plumanın Parisdə yeni xanımı, influencer Diana Esparraqosa ilə görüntülənməsi geniş müzakirə olunur.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, diqqət çəkən məqam Diana Esparraqosanın Sinaloa kartelinin qurucularından biri El Azulun nəvəsi olmasıdır.
Əslən Qvadalaxaradan olan Diana lüks çantalar və kokteyllərlə Dubay, İbiza, Santorini və Bali arasında daim gəzərək, özü üçün yaşayır. Məşhur narkobaronun nəvəsi olması (eyni zamanda El Çaponun qardaşı qızı Frida Quzman ilə tanışlıq) qıza yaxşı əlaqələr və nisbətən ucuz şöhrət gətirib, görünür, cinayət qoxusu olan "şöhrət" heç kimi narahat etmir. Buna görə, insanlar hətta Peso Plumanın qızla münasibəti böyük sevgidən deyil, öz reytinqini artırmaq üçün başladığını düşünürlər.
Stopnarkotik.az