MƏŞHUR NARKOBARONUN HƏBSİ HAQDA ŞOK FAKTLAR - ABŞ səfiri bütün detalları açıqladı

ABŞ-ın Mexikodakı səfiri Ken Salazar ölkəsinin Meksika hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini və narkotik baronunun tutulması ilə bağlı bütün məlumatları operativ şəkildə onlara çatdırdığını bildirib.

Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Meksikanın Baş prokuroru deyilənləri təsdiq edib. Üstəlik, o, “bunlar hələ hamısı deyil, baş verənlərin yalnız bir hissəsi”dir deyərək, ABŞ səfirinin məlumatlarını təsdiqləyib.

Qeyd edək ki, söhbət "El Mayo" ləqəbli narkobaron İsmael Zambadadan gedir.

Bundan öncə, narkobaronun vəkilləri Meksika prezidentinin onun həbsi ilə bağlı ABŞ rəhbərliyinə müraciət etdiyini təsdiqləmişdi.

**

Xatırladaq ki, dünyanın ən böyük narkobaronlarından biri və Meksikanın Sinaloa kartelinin lideri İsmael Zambada bu ilin iyul ayında Texas ştatının El Paso şəhərində ABŞ federal təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

76 yaşlı Zambada hazırda ABŞ-da həbsdə olan "El Çapo" ləqəbli Xoakin Quzmanla Sinaloa kartelini qurub.

ABŞ Ədliyyə Nazirliyi Zambada ilə birlikdə Quzmanın oğlu Xoakin Quzman Lopezin də ələ keçirildiyini açıqlamışdı.

BBC-nin Meksika müxbiri Uill Qrantın sözlərinə görə, Zambada təhlükəsizlik qüvvələrinin "El Chapo"-nun oğlundan istifadə etdiyi əməliyyatda ələ keçirilib.

Stopnarkotik.az