Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbində narkomaniyaya, erkən nikaha və dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov, narkotik asılılığının yaratdığı problemlərdən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb.
Erkən nikahın və dini radikalizmin səbəb olduğu fəsadlardan da bəhs edən şöbə rəisi, şagirdlərə bu barədə məlumatlar verib və məktəbi yüksək qiymətlərlə bitirməyi tövsiyə edib.
Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.
Stopnarkotik.az