MİT terror təşkilatı PKK-nın Suriyanın Aynularab, Qamışlı və Amude bölgələrində məsul təşkilat ünsürləri də daxil olduğu obyektləri məhv edib, 50-yə yaxın hədəf vurulub.
Stopnarkotik.az xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) ilk növbədə PKK-nın hərəkətliliyini və infrastrukturunu hədəfə alıb. PKK-nın geyimdən silaha, partlayıcıdan gündəlik məişət materiallarına qədər istifadə etdiyi bütün məhsulları Suriyadakı obyektlərində istehsal etdiyi müəyyən edilib.
Bunun üzərinə MİT-in sahə agentləri hərəkətə keçərək Suriyanın Qamışlı, Amude və Ayn Əl Ərəb bölgələrində PKK-nın hərbi, iqtisadi və logistika obyektlərinin mülki görünüşdə fəaliyyət göstərdiyini müəyyən ediblər. Bütün obyektlərin yerləşmə məlumatları mərkəzə ötürülüb.
Təşkilatla bağlı strategiya müəyyənləşdirildikdən və hazırlıqlar tamamlandıqdan sonra əməliyyata başlanılıb.
Əməliyyat zamanı təşkilata məxsus bütün hədəflənmiş infrastruktur obyektləri dəqiqliklə məhv edilib, 50-yə yaxın hədəf vurulub.