Meğridən keçən dəmir yolu faktiki olaraq Azərbaycanın mülkiyyətidir - TOFİQ ZÜLFÜQAROV

Azərbaycanın sabiq XİN naziri Tofiq Zülfüqarov "Tramp marşrutu" ilə bağlı mübahisəli açıqlama verib.

"Rəsmi Moskva qəfildən Ermənistanın Meğri bölgəsindən keçən dəmir yolunun guya Rusiya Dəmir Yollarına məxsus olduğunu xatırladı", deyə Azərbaycanın keçmiş XİN naziri Tofiq Zülfüqarov verdiyi şərhdə bildirib.

O, Rusiya XİN-nin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqinin Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun Ermənistan dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya sahib olması və "Tramp marşrutu"nun da bu konsessiyaya daxil ediləcəyi barədə son açıqlamalarını şərh edərkən bildirib.

Keçmiş nazir qeyd edib ki, Meğridən keçən dəmir yolu faktiki olaraq Azərbaycanın mülkiyyətidir.

"Həm Ermənistan, həm də Rusiya tərəflərinə xatırlatmaq istərdim ki, bu dəmir yolu Azərbaycan SSR-in və onun varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir! Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinin əlavələri ilə təmin edilir. Qanunsuz ələ keçirilmiş əmlak Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz!", deyə Zülfüqarov vurğulayıb.

Stopnarkotik.az