Milli Təhlükəsizlik Komitəsi narkotik kanalının qarşısının kəsilməsindən danışıb.
Stopnarkotik.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Kostanay vilayəti üzrə departamenti ölkənin cənub bölgələrindən çətənə qrupuna aid narkotik vasitələrin iri partiyasının tədarük kanalının qarşısını kəsib.
“335 kq-dan çox marixuana və 20 kq həşiş götürülüb. Narkotik kanalının təşkilində əli olmaqda şübhəli bilinən 4 Qazaxıstan vətəndaşı saxlanılıb”, deyə məlumatda deyilir.
Faktla bağlı ibtidai istintaqa başlanılıb.
Stopnarkotik.az