Meksika hakimiyyəti dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri olan El Mençonu mənzərəli dağ evində sevgilisini izləyərək tapıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Quardian” nəşri ölkənin müdafiə naziri Rikardo Trevilya Trexoya istinadla məlumat yayıb.
“Mətbuat konfransında rəsmilər Meksikanın ən güclü mütəşəkkil cinayətkar qrupu olan “Xalisko Yeni Nəsil” narkokartelinin liderinin ölümünə səbəb olan əməliyyatla bağlı ilk detalları açıqlayıblar.
Əsl adı Nemesio Ruben Osequera Servantes olan 59 yaşlı kartel lideri Vaşinqtondan gələn kəşfiyyat məlumatları ilə dəstəklənən əməliyyatda Meksika hərbçiləri onu tutmağa çalışarkən ölümcül yaralanıb.
El Mençonun cangüdənləri hərbçilərə atəş açıb. Elə bu zaman El Menço yaxınlıqdakı meşəyə qaçıb və orada saxlanılıb. O, tibbi müalicə üçün Mexiko şəhərinə aparılarkən yolda ölüb.
El Mençodan başqa, onun yeddi adamı atışmada öldürülüb, iki əsgər isə yaralanıb”, - məlumatda bildirilib./axar.az