Masallıda nənə və nəvəsinin itkin düşmələri barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, Masallı rayon sakini Xanım Abuşovanın itkin düşməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir və qadın hazırda yaşadığı evdədir.
Dekabrın 11-də saat 19 radələrində evdən çıxaraq geri qayıtmayan azyaşlı nəvəsinin tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir.
09:48
Masallıda nənə və nəvə itkin düşüblər.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Mollahəsənli kənd sakini, 1952-ci il təvəllüdlü Xanım Abuşova və nəvəsi 2008-ci il təvəllüdlü Jalə Abuşova dekabrın 11-də evdən şəxsiyyət vəsiqələrini götürərək çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.
Faktla bağlı araşdırma aparılır.