“Hizbullah” 40 ilə ərzində müxtəlif siyasi cinayətlərin, terror aktlarının iştirakçısı olan bir təşkilatdır. Başqa sözlə, onu münaqişə zonalarında əsasən yəhudiləri hədəf alan terror təşkilatı, İranın maşası olan terror qurumu, qlobal siqaret qaçaqmalçılığında "ağalıq edən" qaçaqmalçı qrup, yaxud çirkli pulların yuyulması funksiyasını daşıyan, eləcə də dünya miqyasında kokain ticarəti ilə məşğul olan bir təşkilat kimi də xarakterizə edə bilərik. İran rejiminin "silah tutan əli” olan “Hizbullah” Yaxın Şərq, Latın Amerikası və ABŞ-da öz təsirini yaymağı bacarıb.
(Əvvəli bu linkdə: Hər il İrandan alınan 700 milyon dollar, Livan bankları vasitəsilə ABŞ-da "yuyulan" yüz milyonlarla narkotik pulları...)
“Hizbullah”ın kokain ticarəti
2000-ci illərin əvvəllərində "Hizbullah"ın əlaqələri Latın Amerikası regionunun əksər hissəsinə yayıldı və onun mövcudluğu Paraqvay, Venesuela, Ekvador, Peru, Boliviya, Argentina, Braziliya və Çilidə qeydə alındı. Bu zaman, qeyri-qanuni narkotik dövriyyəsinə qlobal tələbat artmağa davam etdikcə, "Hizbullah" kokain ticarətinə fəaliyyətini daha da genişləndirək, daha böyül maliyyə əldə etmək üçün əsas vasitə kimi baxmağa başladı.
"Hizbullah"ın narkotik ticarəti ilə birbaşa əlaqəsinin ilk açıq göstəricisi 2000-ci illərin əvvəllərinə təsadüf edir. Məhz o zaman rəsmi dairələr xəbər tutdular ki, "Hizbullah"ın Çekri Harb adlı bir maliyyəçisi beynəlxalq kokain qaçaqmalçılığı və çirkli pulların yuyulması qrupuna başçılıq edir.
Çekri Harbın əməliyyatlarını Kolumbiyanın sağçı hərbi qrupu "Oficina de Envigado" (Envigado Ofisi) və Kolumbiyanın "İnqilabçı Silahlı Qüvvələri" ilə (Fuerzas Armadas Revolucionarias de Colombia – FARC), İordaniyanın Akabe limanında korrupsiya halqası və qurudan Suriyaya gedən kontrabanda ilə bağlayırlar. 2000-ci illərin əvvəllərində, Çekri Harbın fəaliyyəti aşkarlandığı zaman Kolumbiyada kokain istehsalı bazarı bir neçə böyük, yaxşı qurulmuş, iyerarxik qrupların əlində yüksək səviyyədə cəmləşmişdi. Bununla belə, son bir neçə onillikdə hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində, kokain istehsalı və paylanması biznesi üfüqi şəkildə fəaliyyət göstərən saysız-hesabsız kiçik və nisbətən müstəqil qruplara bölündü, onların əksəriyyəti tarixi kartellərdən ayrıldı və qlobal tələbin zərurəti ilə stimullaşdılar.
Məsələn, Medellin Karteliın ölümündən sonra "Oficina de Envigado"dan çıxdı. 2005-ci ildə dağıldıqdan sonra yenidən onlarla bir sıra hərbiləşdirilmiş qruplara parçalandı. Bu gün bu qruplardan biri, Kolumbiyanın "Gaitanista Özünümüdafiə Qüvvələri" (Autodefensas Gaitanistas de Colombia – AGC), həmçinin "Fars Körfəz Klanı" kimi tanınır, hansı ki, bugünkü kokain paylanma bazarının əsas oyunçularından biridir.
Pablo Eskobar
Eyni mənada, FARC-ın 2016-cı ildə dağıdılması öz təsir sferasında kokain biznesinin müxtəlif mərhələlərinin kiçik hissələrini idarə etməyə davam edən bir sıra parçalanmış qruplar yaratdı. Müxtəlif adlarla FARC dissidentləri və ya "Bacrim" (Bandas Criminales) kimi tanınan ən azı onlarla belə qrup müəyyən edilsə və onlar bir-birindən müstəqil fəaliyyət göstərsələr də, onların arasında anlaşma sayəsində ölkədə iki əsas fraksiya yaranıb – Ayvan Mordiskonun başında durduğu “Estado Mayor Central” və Ayvan Markesin rəhbərlik etdiyi “Segunda Marquetalia” fraksiyası.
Paralel olaraq, Dövlət Departamentinin terrorçular siyahısına daxil edilmiş uzun müddətdir fəaliyyət göstərən partizan qrupu olan "Milli Azadlıq Ordusu" (Ejército de Liberación Nacional – ELN) FARC və hərbiləşdirilmiş qrupların tərxis olunmasından sonra kokain ticarətində əsas oyunçuya çevrildi. "Milli Azadlıq Ordusu" (Ejército de Liberación Nacional – ELN) hazırda Kolumbiyanın Venesuela ilə sərhəddində mövcud olan qeyri-leqal iqtisadiyyatların böyük əksəriyyətinə nəzarət edir.
Bu yeni ssenarinin içində olan “Hizbullah” beynəlxalq kokain ticarətində iştirak etmək üçün iki əsas marşrut yarada bildi - biri Mahmud Əhmədinejad və Huqo Çavesin 2000-ci illərin əvvəllərində ikitərəfli əlaqələri gücləndirməsindən sonra mövcud olan Venesuela, digəri isə üç ölkədən keçən ticarət yolu sərhəd bölgəsi, hansı ki, oradakı cinayət şəbəkələri ilə çoxdankı əlaqələrdən qaynaqlanır. Bu iki marşrut həm "Hizbullah"ın terror fəaliyyətini maliyyələşdirir, həm də Cənubi Amerika narkoistehsalını Suriya və Livandan keçməklə avropalı istehlakçılarla bağlayır.
Huqo Çaves
“Hizbullah”ın Venesuela ilə əlaqələri 2000-ci illərin əvvəllərində İran və Cənubi Amerika xalqı arasında yaxınlaşmanın "bəhrəsi kimi" ortaya çıxdı və Venesuelanın immiqrasiya sistemindəki geniş yayılmış korrupsiya da bunu qismən asanlaşdırdı. 2012-ci ildə Suriya, Livan, İordaniya, İran və İraq vətəndaşlarına Venesuela vizalarının və dünyanın müxtəlif səfirliklərinin pasportlarının satışını icra edən beynəlxalq şəbəkə müəyyən edildi. Bu araşdırmalar göstərdi ki, "Hizbullah" üzvlərinin bir qismi belə sənədləri əldə ediblər.
Venesuela vətəndaşlığı da hökumətin ən yüksək səviyyələrinin sanksiyası ilə verilib və bəzi hallarda "Hizbullah"a xeyir gətirib. Bu, Bolivar İnqilabı ilə sıx əlaqədə olan və "Hizbullah"ı dəstəkləyən çoxsaylı cinayət fəaliyyətlərində iştirak edən ikili Livan və Venesuela vətəndaşlığına malik ailə üzvlərindən ibarət Nəsrəddin Klanı (Nassereddine Clan) kimi bilinən hadisədir. Nəsirəddin qardaşlarının ən böyüyü olan Qazi Atef 1962-ci ildə Livanda anadan olub və 2000-ci ildə Venesuela vətəndaşlığını qəbul edib. O, tezliklə Venesuelanın Suriyadakı ikinci dərəcəli diplomatı olub və daha sonra Venesuelanın Livandakı səfirliyində siyasi məsələlər üzrə direktor vəzifəsinə təyin edilib. Hansı ki, bu vəzifə Latın Amerikası boyunca "Hizbullah"ın təsirini genişləndirmək üçün istifadə etdiyi mövqedir. Qazinin kiçik qardaşları Abdullah və Odayın Marqarita adasından çirkli pulların yuyulması şəbəkəsi və “Hizbullah” Təlim Mərkəzini idarə ediblər.
Kolumbiya hökuməti hesab edir ki, Nəssərəddin klanı həm FARC, həm də “Hizbullah”a xeyir verən kokain və silah ticarətində iştirak ediblər. Son hesabatlar göstərir ki, Qazif FARC-ın kokainə dəyişdirliməsi üçün tədarük etdiyi, silahlarla dolu Livan yük təyyarəsinin Venesuelaya gəlməsi üçün logistikanı koordinasiya edib. Bu məlumat Ədliyyə Departamentinin Adel Əl Zebayara (2000-2015-ci illər arasında Venesuela konqresmeni kimi fəaliyyət göstərmiş Suriya-Venesuela vətəndaşı) qarşı ittiham aktı zamanı təsdiqlənib və orada Qazifin bu əməliyyatda iştiraka 2009-cu ildə başladığı qeyd olunub.
Kolumbiya-Venesuela sərhədi boyunca tarixi qaçaqmalçılıq şəbəkələrinə əsaslanan "Hizbullah", həmçinin, qeyri-qanuni insan alveri ilə məşğul olmaq üçün əməliyyat hücrələri şəbəkəsi yaradıb. Bu qeyri-qanuni insan ticarətin mərkəzlərindən biri "Oficina de Envigado" ilə əlaqəsi olan keçmiş Hizbullah döyüşçüsü Əli Mohamad Salehin narkotik, silah, qaçaqmalçılıq, toplu pul qaçaqmalçılığı və çirkli pulların yuyulması üzrə davamlı əməliyyat apardığı Maykao şəhəridir və bu işlərin qazancı “Hizbullah”ı maliyyələşdirməyə gedib. Maikaodan olan Kolumbiyalı-Livanlı narkotik alverçisi Ayman Sayed Joumaa, Kolumbiyadakı "Oficina de Envigado" və Meksikadakı "los Zetas"ı Livandakı “Hizbullah” ilə əlaqələndirən bir narkotik ticarəti təşkilatını idarə etdi.
"Hizbullah"ı Latın Amerikası ilə bağlayan ikinci kokain marşrutu təşkilatın mövcud kriminal iqtisadiyyatlarla ənənəvi əlaqələrə malik olduğu Cənub üç sərhəd bölgəsindən (TBA) keçir. Bu bölgənin imkan verdiyi coğrafi şərait onilliklər ərzində kokainin qeyri-qanuni ticarətini asanlaşdırıb - şimalda, ən yüksək saflıqda kokaini təmin edən bölgələr; kokaini ən gəlirli istehlak bazarlarına çıxarmaq üçün cənubda və şərqdə limanlar. Kolumbiyadakı Maykao hadisəsində olduğu kimi, livanlı ailələrin TBA-da "Üç sərhəd" bölgəsində qeyri-qanuni transsərhəd alveri ilə tarixi əlaqələri var. Bu əlaqələr "Hizbullah"ın bölgədəki narkotik ticarəti və çirkli pulların yuyulması vasitəsinə çevrilib.
Son illərdə kokain müsadirəsi TBA ölkələrindən qara kokainin daşınmalarının həcminin artdığını göstərir. Qara kokain narkotikin qanuni yüklə qarışdırılmaq üçün kömür briketinə çevrildiyi kimyəvi prosesin nəticəsidir və bu, narkotik maddəni gizlətmək və beynəlxalq ticarət sistemdə daşımaq üçün çox təsirli üsuldur. Son beş ildə TBA ölkələrindən kömür ixracının artması "Hizbullah"ın qara kokainin daşınmasında iştirakı ilə üst-üstə düşür.
Kolumbiyadan kənarda fəaliyyət göstərən, “Hizbullah” ilə əlaqələri olan Livan əsilli kanadalı kömür taciri Həsən Möhsün Mənsur 2016-cı ildə qara kokain alveri və çirkli pulların yuyulması ittihamı ilə Fransa hakimiyyəti tərəfindən tutulduqdan sonra "Hizbullah"ın TBA vasitəsilə qara kokain ixracı əhəmiyyətli dərəcədə artıb. "Hizbullah" üçün insan alveri marşrutu boyunca korrupsioner əlaqələrin itirilməsinə və başqa marşrutun tapılması ehtiyacına gətirdi.
Möhsün Mansurun həbsindən qısa müddət sonra TBA-da qara kokain istehsalı üzrə əməliyyatlar ilk dəfə aşkarlandı. 2016-cı ildə livanlı narkotik alverçisi Əli İsa Çamas Paraqvayın "Ciudad del Este" şəhərində qara kokain daşınması ilə məşğul olan zaman həbs edildi. Çamas daha sonra məhkəmədə əməliyyatın başçısının Kolumbiyada olduğunu açıqladı.
Bir müddət sonra, 2018-ci ildə üç kolumbiyalıdan ibarət cinayət strukturu bu briketləri Əsəd rejiminin inzibati nəzarəti altında olan və “Hizbullah” tərəfindən tez-tez istifadə edilən Suriya limanı olan Latakiyaya göndərməyə hazırlaşarkən dağıdıldı. Sonrakı illər ərzində TBA-dan qara kokain müsadirəsi həm say, həm də həcm baxımından daim artmışdır.
Nəticə kimi qeyd edək ki, Kolumbiya, Peru və Boliviyada kokain istehsalının, həm də Paraqvay, Argentina və Braziliyadan kömür ixracının artması, ənənəvi "şəffaf" sərhədlər və TBA-da hüquq-mühafizə orqanlarının zəifliyi, bütün bu bölgənin qara kokain əməliyyatları mərkəzi, eləcə də "Hizbullah" üçün yeni mühüm maliyyə mənbəyi olduğunu göstərir. Bu yaxınlarda Paraqvay limanlarında edilən heyrətamiz qara kokain ələ keçirmələri bu iddianı qəti şəkildə təsdiqləyir.
Hazırladı: Stopnarkotik.az