Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və İ.Haqverdiyevə cərimə cəzası kəsilib.
Qeyd edək ki, İ.Haqverdiyev 2025-ci ilin oktyabr ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.