Baş prokuror mayın 15-də Masallıda vətəndaşları qəbul edəcək.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon sakinlərinin qəbulu keçiriləcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən icra olunacaq.