İstanbuldakı terrorun təşkilatçısı məhv edildi

Suriyada terror təşkilatı PKK/KCK-PYD/YPG-nin "kəşfiyyat strukturunda" məsul olan Nabo Kele Hayri Milli Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatıl məlumat yayıb.

Qeyd olunub ki, zərərsizləşdirilən terrorçu 2022-ci ilin noyabr ayında İstanbulun İstiqlal küçəsində törədilən terror aktının təşkilatçılarından biri idi.