Ötən gün Qəzzada ən azı 500 nəfərin həyatını itirdiyi xəstəxanaya hücumdan sonra İstanbulda minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirib.
Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, keçirilən aksiyalarda 5 nəfər saxlanılıb, 1 nəfər isə infarkt keçirərək dünyasını dəyişib. Hadisələr zamanı 63 nəfər yaralanıb. Onlardan 43-ü polisdir.
İsrailin Qəzzada dinc əhaliyə qarşı bombardmanlarına etiraz etmək üçün İstanbuldakı İsrail Baş Konsulluğu qarşısında toplaşan bir qrup vətəndaş konsulluq binasına daxil olmaq üçün hərəkətə keçərək polis qüvvələrinə, ətrafdakı binalara və polisə hücum edib.