İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.