Sentyabrın 27-də İranın Fars əyalətinin Fəraşbənd şəhərində qaşqay türkü Su İdarəsinə silahlı hücum edib.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, onun “Kalaşnikov” markalı avtomatdan açdığı atəş nəticəsində iki hökumət işçisi həlak olub, 3 nəfər isə yaralanıb.
Hadisə yerindən uzaqlaşan silahlı ilə onu həbs etməyə çalışan təhlükəsizlik qüvvələri arasında baş verən atışmada da daha iki polis əməkdaşı yaralanıb.
Silahlının saxlanılması ilə bağlı xüsusi təyinatlılar əməliyyata başlayıb.