İran silah və narkotik göndərməklə husilərə dəstəyini davam etdirir - YƏMƏN RƏSMİSİ

Silah və narkotik ticarəti kimi qanunsuz vasitələrlə husilərə dəstəyini davam etdirən İran Yəməndə sülhə nail olmaq üçün göstərilən səyləri baltalayır.

Stopnarkotik.az bildirir ki, Yəmən hökumətinin kəşfiyyat naziri Muəmmər Əl-Aryani “Səba” dövlət xəbər agentliyinə verdiyi müsahibədə İranın bu siyasətini sərt tənqid edib.

“Son bir neçə gündə narkotik yükü ilə İranın Çabahar şəhərindən çıxan iki balıqçı gəmisi müəyyən edilərək ələ keçirilib. Bu gəmilərin ələ keçirilməsi İran hökumətinin silah və narkotik göndərməklə terrorçu husiləri dəstəkləməyə davam etdiyini göstərir. İranın bu hərəkətləri beynəlxalq qanunların və müqavilələrin açıq şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvləri öz qanuni öhdəliklərini yerinə yetirməli və İranın yanaşmasını pisləməlidirlər” - Əl-Aryani vurğulayıb./azvision.az