İnterpol pedofili ələ keçirdi

Argentinanın təhlükəsizlik naziri “Latın Amerikasının əsas pedofilini” ələ keçirdiyini açıqlayıb. Piter Frensis Kennedi adlı pedofil uşaqları və heyvanları zorladığı üçün Kolumbiyanın tələbi ilə İnterpolun qırmızı vərəqəsi alıb.

Stopnarkotik.az xəbər verir ki, Kennedi İnterpolun Kolumbiya və Braziliyadakı ofisləri məlumat mübadiləsi apardıqdan sonra tutulub. İndi Patrisia Bullriç əmin edir ki, "bu əclafın hər anormal hərəkətinə görə cəza almasının" qayğısına qalacaqlar.

Pedofil əslində yerində otura bilmədiyi üçün tutulub. Milli İmmiqrasiya İdarəsinin qeydlərində aşkarlanıb ki, o bir neçə dəfə Braziliyanın şimalına gedib, müstəntiqlərin fikrincə, burada saxta sənədlər alıb. Səs yazıları üzə çıxandan sonra əməliyyat-axtarış tədbirləri genişlənib və cinayətkar tez bir zamanda yaxalanıb.

Stopnarkotik.az