“Telegram"ın təsisçisi Durovun həbsi xüsusi xidmət və kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina etməsinin nəticəsidir”.
Bu fikri Mətbuat Şurasının İdarə heyətinin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.
Yeganə Hacıyeva qeyd edib ki, "Telegram"ın təsisçisi saxlanılmasından öncə Fransa kəşfiyyat xidmətləri ilə əməkdaşlıq təklifindən imtina etmişdi: “Durov həbsindən öncə dəfələrlə müxtəlif ölkələrin kəşfiyyat xidmətlərindən təsisçisi olduğu sosial platformada izləmə tətbiqi haqqında təkliflər aldığını bildirmişdi.
Durov isə onlarla işləməkdən imtina etdiyini, həmçinin "Telegram"da izlənməsinə qarşı olduğunu bildirdi.
Onun həbsinin səbəblərini də burda axtarmaq lazımdır, nəyi ki, öz xoşu ilə etməmişdi, indi çox asan elətdirəcəklər ona həbsdə…
İndi aydın olur ki, Bakıya səfəri zamanı Putinlə görüşmək təşəbbüsləri nədən irəli gəlirmiş, amma Putinin ətrafındakı məmurlar bu görüşü önlədi”.
Politoloq vurğulayıb ki, bir ölkənin başına gələ biləcək ən pis hadisə , hakimiyyət daxili qruplar arası mübarizədə öz mövqeyini möhkəmlətmək üçün dövlətin mövqeyini zəiflədən məmurların rəhbərə yaxın olmasıdır: “Rusiya, Durovu belə müdafiəsiz buraxmağın ziyanını çox çəkəcək…”/azpolitika.info