İmişlidə iki avtomobil toqquşdu - YARALILAR VAR

İmişli rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Hadisə İmişliyə gedən avtomobil yolunun Çahar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Sonra “Mercedes” yoldan çıxaraq aşıb.

Hadisə zamanı 4 nəfər xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.