İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda yerləşən istirahət məkanlarının birində qeydə alınıb. Qətl qısqanclıq zəminində törədilib.
Stopnarkotik.az