Həbs olunduğu deyilən general Qaani üzə çıxdı - FOTO

Bir neçə həftədir haqqında "ölüb", "həbs olunub", "istintaqda insult keçirib" deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb.

 

O, Tehranın Mehrabad hava limanında dövlət televiziyasının (IRIB) müxbiri ilə foto çəkdirib.

Qaani hava limanında Beyrutda öldürülən İnqilab Keşikçilərinin briqada generalı Abbas Nilfroşanın cənazəsinin qarşılanması mərasimində iştirak edib. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds" Qüvvələrinin komandanından başqa mərasimdə bəzi hərbi və rəsmilər iştirak edib.

Xatırladaq ki, son həftələrdə İsmayıl Qaaninin taleyi barədə müxtəlif iddialar və ehtimallar irəli sürülürdü.