Türkiyə xarici işlər naziri Hakan Fidan HAMAS rəhbəri İsmayıl Haniyəyə zəng edib, İsrailin hava hücumunda ailə üzvlərinin həlak olması ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, 10 aprel tarixində HAMAS liderinin İsrailin hücumu zamanı 3 oğlu həlak olub.
İsrailin hücumu nəticəsində Haniyənin nəvələri də ölüblər.
İndiyə kimi İsmayıl Haniyənin 60-a yaxın ailə üzvü İsrail hücumlarında həlak olub.