HAMAS lideri savaşda üç oğlu və nəvəsinin öldüyünü təsdiqlədi - YENİLƏNİB

HAMAS lideri İsmail Haniyə İsrail aviasiyasının Qəzzaya aviazərbələri nəticəsində üç oğlu və nəvəsinin həyatını itirdiyini təsdiqləyib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, İsmail Haniyə bunu “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.

HAMAS lideri İsrail hərbçilərinin atəşi nəticəsində indiyə qədər 60 qohumunun öldüyünü söyləyib. İsmail Haniyə oğullarının sona qədər Fələstin xalqı ilə qaldığını və Qəzza zolağını tərk etmədiyini vurğulayıb. Eyni zamanda ailə üzvlərinin ölümünün HAMAS-nın Qəzzada atəşkəslə bağlı tələbinə təsir etməyəcəyini nəzərə çatdırıb.

*** 19:07

İsrail aviasiyasının Qəzzaya aviazərbələri nəticəsində HAMAS lideri İsmail Haniyənin üç oğlu həlak olub.

"Israel Hayom" nəşrinin xəbərinə görə, bu barədə məlumat artıq təsdiqlənib.

Lakin əməliyyatın təfərrüatları açıqlanmır.

Bu arada, İsrail hökuməti ABŞ-nin planına uyğun olaraq, 150 min fələstinlinin Qəzzanın şimalına qayıtmasına razılıq verib.