Gürcüstanda bazarda atışma: ÖLƏNLƏR VAR - YENİLƏNİB

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən İstanbul bazarı ərazisində baş vermiş atışma zamanı 4 nəfər həlak olub.

Stopnarkotik.az xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazar ərazisinə gələrək bir neçə dəfə atəş açıb.

Hadisə nəticəsində yaralanmış daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

İnsidenti törədən şəxsin hadisə yerində saxlanıldığı bildirilib.

DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb.

Faktla əlaqədar istintaq başladılıb.

***11:49

Gürcüstanın Rustavi şəhərində bazarda atışma olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Təfərrüatlar məlum deyil.