GÜN ƏRZİNDƏ 15 KİLOQRAM NARKOTİK AŞKARLANIB - Rəsmi açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də ümumi çəkisi 15 kiloqramadək olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqrama yaxın heroin və 12,1 kiloqramdan çox marixuana olub.

Bildirilib ki, bu istiqamətdə polis əməkdaşlarının qətiyyətli təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.