GÖYÇAYDA ƏMƏLİYYAT: külli miqdarda narkotik ələ keçirildi, tutulanlar var - FOTO/VİDEO

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı JURYET və Tural Niftəliyev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər. 

Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər-  Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Göyçayda narkokuryerlərə qarşı əməliyyat - 8 nəfər saxlanıldı (FOTOLAR)