Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı araşdırma aparılır.