Gəncə sakini həyat yoldaşını küçədə BIÇAQLADI - YENİLƏNİB

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı M.Məhərrəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.