Gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər – VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Stopnarkotik.az qafqazinfo.az-a istinadən xəbər verir ki, qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin motodəbilqə taxmaması, digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub.

DİN-in Baş DYP İdarəsindən bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“DYP olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”.