Girovluqdan azad edilmiş qız terrorçulara döymə ilə mesaj göndərdi - FOTOLAR

Mia Şam bu il oktyabrın 7-də İsraildə "Həmas" tərəfindən qaçırılanlar arasında olub.

Bu yaxınlarda girovluqdan azad edilən 21 yaşlı Miya terrorçulara mesaj olaraq, simvolik döymə etdirib:

"Yenidən rəqs edəcəyik 7/10/23"

Gənc qız İnstaqram səhifəsində müvafiq fotoları paylaşıb.

"7 oktyabr 2023-cü il tarixini heç vaxt unutmayacağam. Ağrı və qorxu, çətin mənzərələr, heç vaxt geri qayıtmayacaq dostlar, eləcə də hələ də yolunu gözlədiyimiz dostlar. Biz qalib gələcəyik, rəqs edəcəyik!" - deyə Şem paylaşıma başlıq yazıb. O, sol qolunda qara yazılı döyməni posta əlavə edib.

Qeyd edək ki, Mia İsrail-Fransız əsilli döymə ustasıdır. O, bu il oktyabrın 7-də İsraildə müharibənin yeni mərhələsi başlayandan sonra "Həmas" tərəfindən qaçırılan musiqi festivalının qonaqları arasında olub.

Silahlılar yaralı qızı sərhəddən keçiriblər.

Onun dəhşət dolu və ürpədici görüntüləri qısa müddət sonra internetdə yayımlanan videoda görünüb.

"İndi Qəzzada mənə baxırlar, dərman verirlər, hər şey qaydasındadır. Sadəcə xahiş edirəm ki, mümkün qədər tez evə, valideynlərimin, bacı-qardaşlarımın yanına getməyə icazə versinlər. Məni buradan çıxarın. Mümkün qədər tez, çox xahiş edirəm"-deyə o videoda yalvarır.

Şemin yaxınları qızın sağ-salamat evə qayıtmasını sürətləndirmək üçün bir sıra mətbuat konfransları keçirib.

"HƏMAS" Mayanı noyabrın 30-da azad edib və o, artıq ailəsinə qovuşub. Amma qız etiraf edir ki, terror təşkilatı üzvlərinin ona etdiklərinə görə çox sarsıntı keçirib./sfera.az