Film kimi hadisə: aldığı evin qarajından sərvət çıxdı - FOTOLAR

Yeni bir ev almaq hər kəsin arzusudur, lakin bu adam daha çox şey əldə etdi. Hərrac yolu ilə aldığı evin qarajına həvəslə baxan şəxs gözlərinə inanmayıb. “Bu ancaq filmlərdə olur” deməyə vadar edəcək hadisənin təfərrüatları...

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Yaponiyada bir kişi hərraca çıxan evlərdən birini alıb. Lakin hərrac qaydalarına görə evin içini görməyib və ona baxış keçirmək imkanı olmayıb. O, aldığı evin qarajında ​​həyatının sürprizi ilə qarşılaşıb. Qarajın içində tozlu, "Lamborghini" var idi. Və o qədər də köhnə görünmürdü. Evin yeni sahibi bu hadisədən çox təəccüblənib. Bu maraqlı hadisəni öz sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, "Lamborghini" 1969-cu il istehsalıdır. Son sahibi onu 1980-ci ildə qaraja qoyub və heç vaxt çıxarmayıb. Avtomobil uzun illər sonra tapılanda onun odometr göstəricisi 33390 olub.