Seçkilərin ideal keçirilməsi ilə bağlı xəbər yalnız pafos ola bilər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbirində sədr müavini Rövzət Qasımov bildirib.
“Dünyanın heç bir yerində seçkilər ideal keçə bilməz. Bu, sadəcə yalan ola bilər. Amma üzərimizə düşən vəzifələri doğru yerinə yetirməliyik. Bizim sizinlə əsas vəzifəmiz budur ki, seçki prosesi şəffaf keçsin və əvvəlki seçkilərdən öyrəndiklərimizi düzgün tətbiq edək”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilir.
Seminarda deputatlığa namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülmə qaydası, deputatlığa namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri və qaydası müzakirə edilir.